Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddətinin uzadılması müzakirə ediləcək

HƏRBİ 09 noy 2021, 11:19
Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki Türkiyə hərbçilərinin səlahiyyət müddətinin uzadılması ilə bağlı Prezident admnistrasiyasının qanun layihəsi Böyük Millət Məclisinə təqdim olunub.

“Report” xəbər verir ki, məlumatı “Millyet” yayıb.

Qeyd edilib ki, layihənin noyabrın 9-da müzakirə ediləcəyi planlaşdırılır.

Xatırladaq ki, 2020-ci il noyabrın 16-da Türkiyə Böyük Millət Məclisi Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün bir il müddətinə səlahiyyət vermişdi.

Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top