Abşeronda 11 yaşlı uşağı maşın vurdu

HADİSƏ 09 noy 2021, 09:48
Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

"Qurtuluş 93" yaşayış kompleksində 2010-cu il təvəllüdlü Qənbərov Əli Məhərrəm oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona kəllə-beyin travması diaqnozu qoyulub.

Fakt araşdırılır.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top