FHN gücləndirilmiş iş rejiminə keçir

SOSİAL 06 noy 2021, 19:59
Fövqəladə Hallar Nazirliyi (FHN) Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.

Demokrat.az xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, vətəndaşların həyat və fəaliyyəti, habelə bayram şənlikləri ilə əlaqədar aidiyyəti üzrə təhlükəsizliyin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top