İsrail jurnalisti: “Mənim adımdan Azərbaycanla bağlı yayılan müsahibə saxtadır”

GÜNDƏM 06 noy 2021, 16:34
İsrailin tanınmış jurnalisti, “Yerusəlim Post” qəzetinin baş siyasi yazarı Gil Hoffman bu ölkənin məxfi xidməti olan MOSSAD-ın sabiq rəhbəri Uzi Araddan Azərbaycan haqqında müsahibə almadığını və yayılan müsahibənin saxta olduğunu bəyan edib.

Demokrat.az xəbər verir ki, bu barədə Gil Hoffman bəyanat verib.

“Saxta müsahibənin yayımlandığı sayt mənə məxsus deyil və Uzi Aradla uydurma müsahibə feykdir”-deyə o bildirib.

Qeyd edək ki, 2 gün əvvəl internetdə yayımlanan bu müsahibədə başdan-ayağa Azərbaycanın, onun siyasi rəhbərliyinin əleyhinə olan fikirlər yer alıb.  MOSSAD-ın sabiq rəhbərinin guya İsrailin Bakıda apardığı fəaliyyət açıqlanır və bununla bağlı bir sıra ağlasığmaz açıqlamalar verilib.

İndi məlum olur ki, bu müsahibə saxtadır və görünür hansısa müəyyən qüvvələrin əli ilə ictimai rəyi azdırmaq üçün təşkil edilib.

Qeyd edək ki, nufuzlu “Yerusəlim Post” qəzetinin baş yazarı olan Gil Hoffman İsrailin müxtəlif media orqanlarında çalışıb.

Xoffman İsrailin tanınmış siyasi liderləri, baş nazirləri, Knesset üzvləri və ictimai xadimləri ilə apardığı müsahibələri ilə tanınır.

Bu müsahibələr “Inside Israel Today” layihəsi çərçivəsində yayımlanır.

Hoffman müntəzəm olaraq CNN, TRT, Al-Jazeera və yerli telekanallarda şərhçi kimi çıxış edir.

O, dünyanın ingilisdilli ölkələrində və ABŞ-ın ştatlarında hər il İsrail barədə mühazirələr oxuyur.(azpost.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top