Ukrayna ordusu “Bayraktar”ların sayını artıracaq

DÜNYA 05 noy 2021, 09:35
Rəsmi Kiyev “Bayraktar” pilotsuz uçuş aparatlarının sayını artırmaq niyyətindədir.

Demokrat.az xəbər verir ki, bu barədə Ukraynanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Sergey Şaptala “1+1” telekanalının efirində bildirib.

"Bayraktar” mövzusuna qayıdaq. Dövlət bizim üçün “Bayraktar”ı alır. Bunlar bizim xidmətdə var və bununla dayanmırıq, sayını daha da artıracağıq", - o deyib.

"Və indi müzakirə olunan vəziyyət: biz onlardan düzgün və ya səhv istifadə edirik - bu, baş komandanın qərarı idi. Ekranda gördük ki, əsgərlərimiz atəş açır. Onlar (düşmən ordusu - red.) Minsk razılaşmalarını pozublar”, - Şaptala telekanalın efirində deyib.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top