Şahmar Mövsümov: “Qarabağın yararlı torpaqları dövriyyəyə qaytarılmalıdır”

GÜNDƏM 04 noy 2021, 18:54
“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpa edilməsi və insanların oraya qaytarılması qarşımızda duran prioritet məsələdir”.

“Report”un məlumatına görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Yeni dünya iqtisadiyyatı” mövzusuna panel müzakirələrində deyib.

“Azərbaycan həmin ərazilərin bərpası istiqamətində böyük işlər görür. Bizim növbəti prioritetimiz böyük qayıdışdır. Biz burada ədaləti bərpa etməliyik, insanları ora qaytarmalıyıq. Bərpa işləri Azərbaycan iqtisadiyyatının böyüməsinə səbəb olacaq. Qarabağın kənd təsərrüfatına yararlı torpaqları dövriyyəyə qaytarılmalıdır. Bu, iqtisadiyyatın genişlənməsinə imkan verəcək”, - deyə o qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top