YAP sədrinin müavini: "Zəngəzur dəhlizinin açılması ölkəmizin tranzit potensialını daha da yüksəldəcək"

GÜNDƏM 04 noy 2021, 11:58
"Bütün vətəndaşlar və dünya azərbaycanlıları 8 Noyabr Zəfər Gününü qeyd etməyə hazırlaşır. Qarabağın işğaldan azad edilməsi tək ərazi bütövlüyümüzün, tarixi ədalətin bərpası deyil, eyni zamanda Azərbaycan iqtisadiyyatının əlavə gücünü və bundan sonra həmin ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyası yolu ilə dövlətimizin daha sürətli inkişafını təmin etməyə yönələn prosesdir".

Demokrat.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qələbə ilə bağlı keçirilməsi nəzərdə tutulan tədbirlərdə geniş məruzələr dinləniləcək: "Baxmayaraq Azərbaycan açıq dənizə çıxışı olmayan ölkədir, amma dövlət başçısı İlham Əliyevin uzaqgörən və çoxşaxəli fəaliyyəti sayəsində Azərbaycan logistika mərkəzi kimi və ticarət əlaqələrində önəmli yer tutan dövlət kimi özünü təsdiq edib. Lakin Zəngəzur dəhlizinin açılması ilə ölkəmizin tranzit potensialı daha da yüksələcək. Proses Azərbaycanı bundan sonra daha sürətli inkişafına, regionda, ümumiyyətlə dünyada olan mövqeyinin daha da möhkəmlənməsinə, xalqın rifahına xidmət edəcək".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top