Rusiyada təyyarə qəzaya uğradı, 5 nəfər öldü — YENİLƏNİB

DÜNYA 03 noy 2021, 17:30
İrkutskda “An-12” yük təyyarəsinin qəzaya uğraması nəticəsində 5 nəfərin meyitlərinin qalıqları tapılıb. 

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə təcili xidmətdən bildirilib. 

Təyyarənin göyərtəsindəki daha 3 nəfərin taleyi hələlik naməlumdur.

***17:03

İrkutskda “An-12” yük təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb. 


“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə təcili xidmətdən bildirilib. 

Təyyarənin göyərtəsindəki daha 5 nəfərin taleyi hələlik naməlumdur.

***16:41

Rusiyanın İrkutsk vilayəti yaxınlığında göyərtəsində 8 nəfər olan “An-12” təyyarəsi qəzaya uğrayıb.


“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Sibir Avia-axtarış xilasetmə mərkəzi yayıb.

Qeyd olunub ki, təyyarə İrkutsk şəhərindən 7 kilometr aralıda yerləşən Povovarixa yaşayış məntəqəsində qəzaya düşüb.

Bildirilib ki, təyyarə Yakutskdan İrkutska uçurmuş.

Rusiya Fövqəladə Hallar Nazirliyi təyyarənin qalıqlarının tapılmasını təsdiqləməyib.

Hadisə yerinə xilasedicilər göndərilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top