Abşeronda şəhidlərin xatirəsinə ucaldılan abidə-bulaq kompleksinin açılışı oldu — FOTOLAR

SOSİAL 02 noy 2021, 16:22
Abşeron rayonunda şəhid əsgər Məcidov Səbuhi Ağalətif oğlunun və şəhid əsgər Quliyev Teymur Zamin oğlunun xatirəsini əbədiləşdirmək məqsədi ilə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub.

Demokrat.az xəbər verir ki, açılışda Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, döyüş-səngər yoldaşları, rayon ictimaiyyəti, gənclər və KİV nümayəndələri iştirak edib.

Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəblilər vətənpərvərlik şeirləri səsləndirib.

Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb.

RİH başçısı İ.Gülməmmədova şəhidlərimizin ailə üzvləri ilə görüşüb, onların qayğıları, problemləri ilə maraqlanıb.

Allah şəhidlərimizə rəhmət eləsin.

Bir 5 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 6 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 5 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 12 nəfər, uşaq, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 7 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 4 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 11 nəfər şəkili ola bilər

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top