Salyanda erkən nigaha cəlb edilən yeniyetməylə bağlı açıqlama

SOSİAL 01 noy 2021, 18:41

Sosial şəbəkələrdə 14 yaşına çatmayan qızın nişan mərasimin keçirilməsi və erkən nikaha sövq edilməsi ilə bağlı məlumat yayılıb. Bildirilib ki, hadisə Salyanın Şorsulu kəndində baş verib. İddia ounub ki, azyaşlı evləndirilmək məqsədilə təhsildən uzaqlaşdırılıb. Ona nişan mərasimi keçirilib, gələn ilin əvvəllərinə isə toy planlaşdırılıb.

 DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məsələ barədə açıqlama verib.

O bildirib ki, azyaşlının nikaha sövq edilməsi ilə bağlı iddialar DİN-in nəzarətinə götürülüb:

“Salyan RPŞ tərəfindən bütün tədbirlər icra olunur, müvafiq dövlət qurumları məlumatlandırılıb. Valideynlər şöbəyə dəvət olunaraq qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.

Qanunvericiliyə uyğun olaraq azyaşlının təhsilini davam etdirməsi təmin olunub. Dərs davamiyyətinə mütəmadi nəzarət olunacaq”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top