Şikayətlərə görə 10-a qədər marşrut xəttinə xəbərdarlıq edildi

SAHİBKARLIQ 30 okt 2021, 17:49
“Sosial şəbəkələr üzərindən gələn şikayətləri təhlil edərkən insanların xidmətindən daha çox narazı qaldığı 10-a yaxın müntəzəm marşrut xətti müəyyənləşdirildi”.

Bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.

O qeyd edib ki, artıq həmin daşıyıcılara problemləri qısa zamanda aradan qaldırılması ilə bağlı xəbərdarlıq edilib.

M.Ağayev bildirib ki, bir aydan sonra sərnişin avtobuslarının fəaliyyəti yenidən monitorinq ediləcək:

“Hansı daşıyıcılar fəaliyyətində müsbətə doğru dəyişiklik etməyiblərsə, onlara qarşı qanunvericikdə müəyyən edilmiş tədbirlər görüləcək. Ən vacib məsələ onların istismarında olan həmin marşrut xətti yeni daşıyıcıların müəyyənləşdirilməsi üçün müsabiqəyə çıxarılacaq.

Bizim araşdırdığımız sadəcə sosial şəbəkələr üzərində gələn şikayətlər idi. Bu o demək deyil ki, sadəcə 10 xətlə bağlı narazılıq var idi. Elə xətlər var ki, onlardan da Çağrı Mərkəzinə, yaxud agentliyin özünə müraciət edilir”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top