Məktəbə bomba qoyulması barədə yalan məlumat verən şəxs saxlanıldı

KRİMİNAL 30 okt 2021, 13:55
Oktyabrın 29-da DİN-in “102 - Zəng Mərkəzi”nə zəng edən şəxs Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisindəki orta məktəblərdən birinin damına bomba qoyulması barədə məlumat verib.

Daxili İşlər Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, lakin fakt təsdiqini tapmayıb.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxs - Mərdəkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş 36 yaşlı P.Məmmədov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı maddəsi (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) ilə cinayət işi başlanılıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top