Lənkəranda vətəndaşdan pul tələb edən saxta polis saxlanıldı

KRİMİNAL 30 okt 2021, 10:53
Masallı rayon sakini olan bir nəfər şəxs Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət edərək aldadıldığını bildirib.

Daxili İşlər Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, Lənkəran şəhəri ərazisində olarkən ona yaxınlaşan bir şəxsin özünü polis əməkdaşı kimi təqdim edərək pul tələb etdiyini, əks halda karantin rejim qaydalarını pozduğuna görə ona cərimə yazacağını bildirib.

Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən özünü polis əməkdaşı kimi təqdim edərək vətəndaşdan pul tələb edən həmin şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Əlizadə olduğu müəyyən edilib.

Həmin şəxsin bu kimi əməllərindən zərər çəkən digər şəxslər varsa polisə müraciət etmələri xahiş olunur.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top