Oğlu: "Hafiz Hacıyevin vəziyyəti yaxşılaşır"

GÜNDƏM 28 okt 2021, 12:37
Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş Azərbaycan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin vəziyyəti yaxşılaşır.

Bu barədə Pravda.az-a oğlu Raul Hacıyev məlumat verib.

R.Hacıyevin sözlərinə görə, H.Hacıyev hələ ki palataya köçürülməyib: "Sağlıq durumu getdikcə yaxşılaşır. Yaxın günlərdə palataya köçürüləcək. Həkimlərlə əlaqə saxlasam da, özü ilə danışa bilmirəm. Əsas odur ki, yaxşılaşmağa doğru gedir".

Qeyd edək ki, Hafiz Haciyevin koronavirus testi musbət çıxıb və o , artıq oktyabrın 17-dən etibarən Mərkəzi Gömrük Hospitalında müalicə olunur.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top