İntihar edən qız polkovnikin nəvəsidir: atası gömrük orqanlarında çalışıb — FOTO

SOSİAL 24 okt 2021, 16:53

Xəbər verdiyimiz kimi, Bakıda intihar hadisəsi baş verib. İntihar edən şəxsin kimliyi müəyyənləşdirilib. 

Bakupost.az xəbər verir ki, polkovnik Hamlet Hüseynovun nəvəsi Nigar Məmmədova dünən özünü asıb.

1985-ci il təvəllüdlü N. Məmmədovanın atası Süleyman Məmmədov uzun müddət gömrük orqanlarında çalışıb.

N.Məmmədova ixtisasca stomotoloqdu, özünün klinikası olub, amma daha çox bloger və şou-biznes əhlinə yaxın adam kimi tanınıb. tanınmış bloger kimi fəaliyyət göstərib. Həmçinin şou-biznes sahəsində də məşhur şəxslərdən olub. Onun yazdığı şeirlərə bir neçə müğənni mahnı bəstələyib. Xüsusilə də müğənni Elnur Məmmədovla sıx əməkdaşlığı olub və bir çox mahnılarının müəllifi odur.

İntiharın səbəbləri ilə bağlı hələlik heç bir məlumat yoxdur.

 





DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 noy 2021, 20:23
Top