İdmançının ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

SOSİAL 22 okt 2021, 22:12
Bakıda idman zalında məşq edən idmançının ölümü ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
 
Qeyd edilib ki, 1991-ci il təvəllüdlü Teymur Məmmədrzayevin Səbail rayonu ərazisində yerləşən idman zalında ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, bu gün günorta radələrində fitness məşqçisi Teymur Əmir oğlu Məmmədrzayev məşq etdiyi idman zallarından birində dünyasını dəyişib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top