Azərbaycanlıya Rusiya hökumətində yüksək vəzifə verildi

GÜNDƏM 22 okt 2021, 15:00
Rusiyanın Sverdlovsk vilayəti qubernatoru Yevgeni Kuyvaşev yeni hökumətin tərkibini elan edib.

Demokrat.az xəbər verir ki, hökumətin tərkibinə bir azərbaycanlı da daxil edilib Bu, İlham Səbzəli oğlu Şirəliyevdir.

İlham Şirəliyev Sverdlovsk vilayəti qubernatorluğunda Korrupsiyaya Qarşı Mübarizə və Nəzarət departamentinin direktoru təyin olunub.

Şirəliyev Rusiyanın bir sıra regionlarında  ədliyyə sistemində çalışıb. O, qubernatorluğa vəzifəyə gətirilənədək "Qosjilstroynadzor”da yüksək post tutub.

İlham Şirəliyev əslən Azərbaycanın Hacıqabul rayonundandır.(lent.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top