Azərbaycanın valyuta ehtiyatlarının həcmi AÇIQLANDI

MALİYYƏ 22 okt 2021, 16:57
Azərbaycanın rəsmi valyuta ehtiyatlarının həcmi 51 milyard 260,16 milyon dolları təşkil edib.

Demokrat.az xəbər verir ki, valyuta ehtiyatlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3 faizə qədər, ilin əvvəlinə nəzərən isə 1,3 faiz artıb.

Beynəlxalq valyuta ehtiyatlarının 7 milyard 33,8 milyon dolları Mərkəzi Bankın, 44 milyard 226,4 milyon dolları Dövlət Neft Fondunun balansında olub. Yəni, valyuta ehtiyatlarının 13,7 faizi Mərkəzi Bankın, 86,3 faizi isə Neft Fondunun payına düşür.

Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi ilin əvvəli ilə müqayisədə 10,4 faiz, ötən ilin eyni dövrünə nəzərən isə 8,4 faiz artıb.

Neft Fondunun valyuta ehtiyatlarının həcmi isə ilin əvvəli ilə müqayisədə 1,5 faiz, illik müqayisədə isə 2,2 faiz artıb.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top