Yeni doğulan körpələrdən oğlanların sayı qızlardan çoxdur

SOSİAL 19 okt 2021, 18:41
İlin səkkiz ayı ərzində 73 177 körpə doğulub.

Demokrat.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, əhalinin hər 1000 nəfərinə bu göstərici 11 təşkil edib.

Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 53,4 faiz, qızların xüsusi çəkisi isə 46,6 faiz olub.

Körpələrdən 1862-si əkiz, 51-i üçəm, 4-ü isə dördəm doğulub.

Bu dövr ərzində ölkədə 48 633 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,3 təşkil edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top