Misir səfiri: "Qarabağdakı bərpa işlərində iştirak etmək niyyətindəyik"

QARABAĞ 16 okt 2021, 17:49
"Misir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində görülən bərpa işlərində iştirak etməyi nəzərdə tutur".

Bunu “Report”un bölgəyə ezam olunmuş müxbirinə Misirin Azərbaycandakı səfiri Adel İbrahim deyib.

O bildirib ki, Misir şirkətlərindən birinin nümayəndələri Azərbaycana səfər edib və bu məsələ müzakirə olunub: "Yaxın vaxtlarda daha bir neçə belə səfərlər nəzərdə tutulur. Bu, ikitərəfli əməkdaşlıq, enerji, infrastruktur və digər sahələri əhatə edəcək".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top