İtaliyada "COVID" pasportu əleyhinə aksiyalar keçirilib

DÜNYA 15 okt 2021, 22:24
İtaliyanın müxtəlif bölgələrində COVID pasportların tətbiqi ilə bağlı etiraz aksiyaları keçirilib.

Ölkə əhalisi hökumətin müvafiq sənəd olmadan əməkdaşların iş yerlərinə buraxılamyacağı ilə bağlı qərarına cavab olaraq öz mövqeyini bu şəkildə ifadə edib.

Paytaxt Romada nümayişçilər Böyük Sirkin qarşısındakı meydana toplaşıb.

İtaliyanın bir çox ərazilərini əhatə edən nümayişlərdən görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Appenin ölkəsində sonuncu dəfə analoji aksiyalar oktyabrın 9-da baş tutub. Həmin gün nümayişlərdə xüsusi fəallıq göstərən 12 nəfər saxlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top