Bill Klinton xəstəxanaya yerləşdirildi

DÜNYA 15 okt 2021, 09:22
ABŞ-ın keçmiş prezidenti Uilyam Ceferson (Bill) Klinton Kaliforniyada xəstəxanalardan birinə yerləşdirilib.

Demokrat.az xəbər verir ki, bu barədə həkimlərə və siyasətçinin nümayəndəsinə istinadən CNN telekanalı məlumat yayıb.

Qeyd edilir ki, onun xəstəliyi COVID-19 ilə bağlı deyil, qan zəhərlənməsi ilə əlaqədardır.

"O, artıq xəstəxanaya infeksiyayla çatdırılıb. Onu antibiotiklərin köməyi ilə müalicə edirlər. Həkimlər bildirirlər ki, Bill Klinton müalicəyə müsbət reaksiya verir", - telekanal bildirib.

Klintonun nümayəndəsi həmçinin qeyd edib ki, sabiq prezidentin səhhəti sağalmağa doğru gedir.

Qeyd edək ki, Bill Klinton 1993-cü ildən 2001-ci ilə qədər ABŞ prezidenti olub.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top