Saakaşvili üçün həkim qrupu yaradıldı — Səhhətində problemlər var

REGİON 13 okt 2021, 23:33
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili aclıq aksiyasını davam etdirir.

Onun vəziyyətini qiymətləndirmək üçün həkim qrup yaradılıb.
 
Sabiq dövlət başçısının Ədliyyə Nazirliyinin müraciəti əsasında Səhiyyə Nazirliyi tərəfindən formalaşdırılan qrupun fəaliyyətinə razılıq verib-verməməsi bilinmir. 

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavi həbsxanasına yerləşdirilən siyasətçi artıq 13-cü gündür aclıq aksiyası keçirir. Onun vəziyyətinin tədricən ağırlaşdığı və səhhətində problemlərin yarandığı bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top