Ölkədə bahalaşma baş alıb gedir, amma gəlirlərdə artım yoxdur — Deputat

SOSİAL 12 okt 2021, 00:24
Milli Məclisin iclasında deputat Sabir Rüstəmxanlı Azərbaycanda bahalaşmanı tənqid edib. 

Oxu.Az-ın məlumatına əsasən, S.Rüstəmxanlı qeyd edib ki, ölkədə qiymət siyasətinə yenidən baxılmalıdır. 

“Ümumiyyətlə, qiymətlərdə bahalaşma hansı səbəblərlə izah edilir? Ölkədə bahalaşma baş alıb gedir, amma gəlirlərdə artım yoxdur. Əhalinin gəlirləri ilə bahalaşma arasında uyğunluq olmalıdır”, - deyə S.Rüstəmxanlı əlavə edib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top