Bu obyektlərdə nöqsanlar aşkarlandı

SOSİAL 11 okt 2021, 20:24
Monitorinqlər zamanı 2 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Bu barədə  Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, 2021-ci il oktyabrın 10-da ölkə üzrə 387 ictimai iaşə obyektində 683 monitorinq keçirilib. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Binəqədi ‎rayonu, S. S. Axundov küçəsi 13D ünvanında yerləşən, fiziki şəxs Tahirov Mehdi Məmməd oğluna məxsus kafe;
2. Bakı şəhəri, Nəsimi rayonu, S. Vurğun küç., ev 23 ünvanında yerləşən, fiziki şəxs Qasımzadə Pərşan Niyazi qızına məxsus restoran.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top