İran Azərbaycana hava məkanını AÇDI

GÜNDƏM 11 okt 2021, 20:00

İranın hava məkanı Azərbaycan təyyarələri üçün açıqdır.

Bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib.

O, İranın bəzi məsələlərlə bağlı narahatlığını Azərbaycana çatdırdığını və Bakının bunları həll edəcəyini vəd verdiyini bildirib.

Xətibzadə İranın Azərbaycanla münasibətlərdə əsas prinsipinin qardaş davranışı olduğunu söyləyib.

Qeyd edək ki, bir neçə gün öncə İran Bakıdan Naxçıvana uçan hərbi təyinatlı nəqliyyat təyyarələri üçün hava məkanını bağlamışdı. AZAL isə buna cavab olaraq mülki uçuşlarda da İran hava məkanından imtina edərək, Ermənistan hava məkanından istifadə etmişdi. (axar.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top