Peyvənd olunanların sayı açıqlandı

SOSİAL 11 oktyabr 2021, 19:56
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 511 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 226, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 285 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 997 289, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 889 404, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 107 885 təşkil edir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top