Bakı Zooparkına girişin kimlərə güzəştli və pulsuz olacağı AÇIQLANDI


SOSİAL 11 okt 2021, 09:09
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulan Bakı Zooloji Parkı qapılarını ziyarətçilərin üzünə açıb.

Demokrat.az xəbər verir ki, Bakı Zooloji Parkı hər gün saat 10.00-dan 17.30-a qədər fəaliyyət göstərir.

Zooparka giriş üçün biletin qiyməti böyüklər üçün 5, uşaqlar üçün isə 2 manat təşkil edir. Üç yaşa qədər uşaqlar və şəhid ailələri üçün bilet pulsuzdur. Qazilər, Vətən müharibəsi əlilləri, eləcə də şagird və tələbələr üçün giriş güzəştli qaydada tətbiq olunur.



Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top