
Türkiyədə 4,3 bal gücündə zəlzələ olub.
Bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Egey dənizində - Muğlanın Datça rayonu sahillərində qeydə alınıb.
8,093 kilometr dərinliyə malik olan zəlzələ Datçanın mərkəzi ilə yanaşı, Yazı, Cumalı, Yaka, Sındı və Məsudiyyə kimi məhəllələrdə də hiss edilib.
Dağıntı və tələfat yoxdur.
Demokrat.az