Vanuatuda 6,8 bal gücündə zəlzələ oldu

DÜNYA 09 okt 2021, 19:33
Sakit okeanda yerləşən Vanuatu adası sahillərində 6,8 bal gücündə zəlzələ olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı ABŞ-ın Geoloji Xidməti yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 10.59-da (Bakı vaxtı ilə saat 14.59) baş verib.

Zəlzələnin ocağı 485 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat verilməyib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top