"Çölə çıxdım, dedilər ki, direktoru silahla vurub" — VİDEO

KRİMİNAL 09 okt 2021, 09:22
Goranboyda  Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru iş otağında öldürülüb. Hadisəni mərkəzin mühasibi  törədib. Cinayət  şəxsi münasibətlər zəminində baş verib.
 
Goranboyda  Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru öldürülüb.

Goranboy rayon prokurorluğundan verilən məlumata görə, dünən saat 13 radələrində  Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında həmin mərkəzin direktoru, 1964-cü il təvəllüdlü  Ziyad Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla məlum olub ki, qeyd edilən mərkəzin baş mühasibi vəzifəsində çalışan 1992-ci il təvəllüdlü Mirhadı Bağırovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ziyad Əhmədova bıçaqla xəsarət yetirib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Mirhadı Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top