"Əlillik dərəcəsi almağa haqqı çatan vətəndaşları get-gələ salmaq lazım deyil"— DEPUTAT

SOSİAL 08 okt 2021, 18:56
Vətəndaşlara əlillik statusunun verilməsi ilə bağlı məsələ hələ də, tam həll edilməyib. Xüsusilə bölgələrdə əlillik dərəcəsi almalı olan şəxslərə bir sıra çətinliklər yaradılır. Bir neçə ay əvvəl saxta əlilliklərinin ləğv edilməsi ilə məsələnin həll olunacağı gözlənilsə də, bu, baş vermədi.

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, bu məsələdə məsuliyyətsiz yanaşmaya son qoyulmalıdır:

“Əlillik statusu verilən şəxslərə əlilliklə bağlı dərəcələrin verilməməsi absurddur. Həqiqi əlilliyi olan şəxslərə bununla bağlı sənəd verilsin ki, uzun müddətdir davam edən problem həll edilsin. Əlillik sənədi müvafiq qərar əsasında verilir. Əmək qabiliyyətini itirən, əlillik dərəcəsi almağa haqqı çatan vətəndaşları bunun üçün get-gələ salmaq lazım deyil. Belə şikayətlər varsa, deməli, vətəndaşlar haqlıdır. Belə vəziyyətdə qalan vətəndaş nə etməlidir? Vətəndaşın həqiqi əlilliyi varsa, müvafiq yoxlanışlardan keçibsə, saxta əlillikdən söhbət getmirsə, əlillik dərəcəsi verilməlidir. Bu prosesi bölgələrdə sürətləndirib, məsələnin tam həllinə nail olmaq lazımdır. Problemin davam etməsi o deməkdir ki, bizdə icra qərarlarına məsuliyyətsiz yanaşma hələ də mövcuddur”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top