Meşəbəyinə cinayət işi açıldı


HADİSƏ 06 okt 2021, 10:40
Zaqatala rayonunda meşəbəyinə cinayət işi başlanılıb.

Bu barədə rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin Əliabad meşəbəyliyinin ərazisində ağacların qanunsuz kəsilməsi barədə daxil olan material əsasında rayon Prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin Əliabad meşəbəyliyinin meşəbəyi Fazil Cumayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2021-ci ilin may ayının əvvəllərində xidmət etdiyi xüsusi mühafizə olunan Əliabad meşəbəyliyinin 7 saylı dolayının 16-cı kvartalında yerləşən 11 ədəd müxtəlif növ ağacı meşə gözətçisinin xəbəri olmadan kəsməsi nəticəsində təbiətə 8 min 792 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edildiyindən rayon prokurorluğu tərəfindən Fazil Cumayev barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top