Azərbaycanda İsrail “F-35”ləri var? — MN-dən AÇIQLAMA

HƏRBİ 05 okt 2021, 16:18
Xarici mətbuatda Azərbaycan-İsrail münasibətləri bağlı növbəti iddia səsləndirilib.

İngiltərədə fəaliyyət göstərən ərəbdilli "Elaph” qəzeti tərəfindən Azərbaycanda İsrailə məxsus "F-35” qırıclarının olması haqqında informasiya dərc olunub.

Belə ki, mənbədə "İsrailin iki "F-35” təyyarəsinin hər zaman Azərbaycanda olduğunu və İsrailin lazım gəldikdə oraya başqa döyüşçülərini gətirə bilər”, - deyə qeyd edilib.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Anar Eyvazov sözügedən məlumatın doğru olmadığını bildirib:

"Müdafiə Nazirliyi tərəfindən hələlik bu barədə rəsmi açıqlama nəzərdə tutulmayıb. Bu formada müxtəlif məlumatlar yayılır, lakin bunlar təxribat xarakterlidir”.

Qeyd edək ki, sözügedən mənbədə dərc olunan məlumatda rəsmi Tel-Əvivin İrandan Azərbaycana qarşı təhdid yaranacağı təqdirdə "F-35”lərin texniki və havadan dəstəyi həyata keçirə biləcəyi də qeyd olunub. 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top