Saakaşvili: “Mən Putinin şəxsi məhbusuyam“

REGİON 05 okt 2021, 13:45
Gürcüstanın keçmiş prezidenti Rusiya lideri Vladimir Putinin “şəxsi məhbusu” adlandırıb.

Demokrat.az xəbər verir ki, Ukrayna İslahatlar Milli Şurasının icraiyyə komitəsinin rəhbəri Mixail Saakaşvili Ukrayna prezidenti Vladimir Zelenskiyə məktub yazaraq həbs olunması ilə bəyanatlardan çox təsirləndiyini bildirib.

Zelenskiyə yazdığı məktubda Saakaşvili qeyd edib ki, Gürcüstanda qanunsuz həbs olunaraq saxtalaşdırılmış ittihamlarla məhbəsə atılıb.

“Gürcüstanı çox sevirəm, amma Ukraynanı da çox sevirəm. Bu həyatımın uzun illərini keçirdiyim və ailəmin, dostlarımın və çox dəyər verdiyim vətəndaşlığımın olduğu ikinci vətənimdir. Ukrayna bütün həyatım boyu fəxr edəcəyəm, etdiyiniz tarixi dəyişikliklərə və islahatlara təvazökar töhfə vermək imkanı olduğum ölkədir. Əslində ,Putinin şəxsi əsiri olduğum üçün Ukraynanın, bütün bölgənin və bütün imperiya əsirlərinin müdafiəsi ilə bağlı prinsipial mövqeyinizi yüksək qiymətləndirirəm”, – deyə Saakaşvilinin “Facebook” səhifəsində yerləşdirdiyi məktubda qeyd edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top