Türkiyə səfiri Polad Həşimovun evinə getdi, anasının əlindən öpdü — FOTOLAR

XARİCİ SİYASƏT 05 okt 2021, 13:29
Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun evini ziyarət edib, anası Səmayə Həşimova ilə görüşüb.

Demokrat.az xəbər verir ki, bu barədə səfir özünün tviter hesabında paylaşım edib.

“Şəhid general-mayor Polad Həşimovun anası Səmayə xanımı ziyarət etdik, əlini öpdük. Türk bayrağını hədiyyə etdik və xeyir-duasını aldıq. Səmayə xanım dedi ki, Allah türk millətini qorusun. Cənab Ərdoğana və türk millətinə salamlarımı çatdırmağımı xahiş etdi. Baş üstə cavabını verdim”, - diplomat bildirib.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top