Daha bir həkim koronavirusdan vəfat etdi

SOSİAL 04 oktyabr 2021, 16:47
Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Anesteziologiya və reanimatologiya kafedrasının dosenti, əməkdar həkim Aydın Qədirov COVID-19-dan dünyasını dəyişib.
 
Yaxınlarının bildirdiyinə görə, həkim bu gün səhər saatlarında vəfat edib. 
 
Qeyd edək ki, A. Qədirov bir müddət Səhiyyə Nazirliyinin baş anestezioloq-reanimatoloqu olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top