Tramp "Twitter" hesabının bərpası üçün məhkəməyə müraciət edib


DÜNYA 02 okt 2021, 10:54
ABŞ-ın keçmiş prezidenti Donald Tramp "Twitter" hesabının müvəqqəti qaytarılması üçün Florida ştat məhkəməsinə müraciət edib.
 
Bu barədə "Bloomberg" agentliyi yazır.

Qeyd olunur ki, D.Tramp hesabın tam qaytarılması ilə bağlı məhkəmə çəkişməsinin davam etdiyi müddət ərzində "Twitter" səhifəsinin müvəqqəti aktivləşdirilməsini tələb edir.

D.Tramp öz hesabının siyasi rəqiblərinin təzyiqi ilə bağlandığını bildirib.

Xatırladaq ki, ABŞ-ın sabiq prezidentinin "Twitter" hesabı, eləcə də digər sosial şəbəkə səhifələri bu ilin əvvəlində ABŞ Konqresinə hücumdan sonra bağlanmışdı.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top