"Vətən müharibəsi - qələbənin simaları" adlı fotomüsabiqəni yüksək qiymətləndirirəm — Elçin Mirzəbəyli

SOSİAL 01 okt 2021, 14:15
Xəbər verdiyimiz kimi, Heydər Əliyev Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Medianın İnkişafı Agentliyi (MEDİA), Media Təhlil Mərkəzi (MTM) və Azərbaycan Fotoqraflar Birliyinin (AFB) təşkilatçılığı ilə “Vətən müharibəsi - qələbənin simaları” adlı fotomüsabiqə başlayır.

Müsabiqənin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad olunması zamanı yaşanmış hadisələri, zabit və əsgərlərimizin döyüş tapşırıqlarını yerinə yetirərkən qəhrəmanlıqlarını fotolar vasitəsilə geniş ictimaiyyətə bir daha çatdırmaqdır.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, əməkdar jurnalist Elçin Mirzəbəyli Demokrat.az-a açıqlamasında belə müsabiqənin keçirilməsini yüksək qiymətləndirdiyini qeyd edib:


“Bizi böyük Zəfərə aparan 44 günlük Vətən müharibəsinin hər anı minillər boyu xalqımızın qürur duyacağı, gələcək nəsillərə örnək olacaq bir tarixdir. Bu tarixi anları özündə əks etdirən fotoşəkillər, videomateriallar qorunmalı, ölkəmizdə və dünyanın müxtəlif ölkələrində nümayiş etdirilməli, qorunaraq gələcək nəsillərə çatdırılmalıdır. Həm bu baxımdan, həm də Vətən müharibəsində silahı fotokamera olan əsgərlərin əməyinin qiymətləndirilməsi üçün layihənin həyata keçirilməsi vacib idi. Heydər Əliyev Mərkəzi, "Regional İnkişaf" İctimai Birliyi, Medianın İnkişafı Agentliyi, Media Təhlil Mərkəzi və Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı ilə keçirilən "Vətən müharibəsi - qələbənin simaları" adlı fotomüsabiqəni yüksək qiymətləndirirəm. Bu müsabiqənin həyata keçirilməsini olduqca müsbət qarşılayıram. Vətən müharibəsində öz sahəsi üzrə iştirak edən və əmək sərf edənlərin qiymətləndirilməsi təqdirəlayiqdir”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top