Abşeronda şəhid baş çavuş Tofiq Həsənovun il mərasimi baş tutub — FOTO

GÜNDƏM 01 oktyabr 2021, 12:20
Ölkəmizin bütövlüyü uğrunda silaha sarılan vətən oğullarından biri də Həsənov Tofiq Etibar oğludur. Ötən ilin bu günündə Kəlbəcər uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmışdır. Bununlıa əlaqədar olaraq Abşeron rayonunun  Mehdiabad qəsəbəsində şəhidimizin il mərasimi keçirilib. 

Mərasimdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər. 

Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhuna dualar oxunub. 
RİH başçısı İ.Gülməmmədova şəhidlərimizin ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıb. 
 
Allah rəhmət eləsin. 


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top