İran sabahdan Azərbaycan sərhədlərində hərbi təlimlərə BAŞLAYIR

HƏRBİ 30 sen 2021, 13:35

İran Silahlı Qüvvələrinin Quru Qoşunları sabahdan ölkənin şimal-qərb bölgəsində təlimlərə başlayacaq.

Bu barədə İran Quru Qoşunlarının komandanı, general Kyumərs Heydəri bildirib.

Onun sözlərinə görə, “Fatihan Xeybər” adlı təlimlərdə toplar, pilotsuz uçuş təyyarələri, helikopterlər və zirehli texnikalardan istifadə olunacaq.

K. Heydəri deyib ki, hərbi təlimlərin keçirilməsində məqsəd bölgədə İran ordusunun hərbi gücünün artırılmasıdır.

O qeyd edib ki, İran Silahlı Qüvvələri ölkənin müxtəlif bölgələrində xüsusi proqram əsasında məlum təqvimlərdə təlimlər keçirir.

Təlimlərin neçə gün davam edəcəyi qeyd olunmayıb.

Qeyd edək ki, İranın şimal-qərb bölgəsi Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Zəncan əyalətlərini əhatə edir. /Vision.tv

İranın Quru Qoşunları Azərbaycanla sərhəddə təlimlərə başlayır

APA

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top