Baş nazir: “Gürcüstan pandemiya dövründə Azərbaycandan böyük kömək alıb”

XARİCİ SİYASƏT 29 sen 2021, 19:25
“Gürcüstan pandemiya dövründə Azərbaycandan böyük kömək alıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclasında deyib.

“Bu dövrdə azərbaycanlı dostlarımız, qardaşlarımız bizə böyük köməklik göstərdi. Buna görə açıq şəkildə sizə təşəkkürümü bildirirəm”, - o söyləyib.

Baş nazirin sözlərinə görə, son illər ərzində iki ölkə arasındakı münasibətlərdə kifayət qədər böyük irəliləyiş əldə olunub: “Lakin hesab edirəm ki, potensial daha böyükdür və onu istifadə etmək lazımdır. Bugünkü toplantı cari məsələlərin müzakirəsi ilə yanaşı, gələcək planların müzakirəsi üçün də yaxşı imkan verir”.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top