Bakı-Sumqayıt yolunda tıxacın olmasına aydınlıq gətirildi

SOSİAL 29 sen 2021, 11:02
Baş Dövlət Yol Polisi İdarəsi bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda avtomobillərin hərəkətinin məhdudlaşdırılmasına aydınlıq gətirib.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Trend-ə açıqlamasında bildirib ki, səhər saatlarında yolda nəqliyyat vasitələrinin sayı çox olub:

"Polis əməkdaşları bu səbəbdən Bakı-Sumqayıt yolunda hərəkəti tənzimləmək üçün bəzi istiqamətlərdə müəyyən aralıqlarla hərəkəti məhdudlaşdırıblar. Məlum olduğu kimi, bu gün ölkə üzrə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə, həmçinin ali təhsil müəssisələrində ənənəvi tədris bərpa olunub. Buna görə də yollarda nəqliyyat vasitələrinin sayında artım müşahidə olunub. Hazırda bütün yollarda hərəkət bərpa edilib”.

Qeyd edək ki, bu gün səhər saat 07:00 radələrindən 08:30 radələrinə qədər Sumqayıtdan Bakı istiqamətində hərəkət Saray postundan, eyni zamanda Xırdalandan Bakı-Sumqayıt magistralına çıxış məhdudlaşdırılıb. Yolda uzun tıxaclar yaranıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top