Kərim Vəliyev Türkiyə milli müdafiə nazirinin müavini ilə görüşüb

GÜNDƏM 27 sen 2021, 19:11
Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev ölkəmizdə işgüzar səfərdə olan Türkiyə milli müdafiə nazirinin müavini Muhsin Dərənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib.
Tərəflər hər iki ölkənin orduları arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıblar.

Bölgədə təhlükəsizliyin təmin edilməsi məqsədilə Türkiyə ilə birgə keçirilən təlimlərin əhəmiyyəti xüsusi qeyd edilib və bundan sonra da bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsinin vacibliyi bildirilib.

Görüşdə tərəflər hərbi sahədə birgə sənayenin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top