“Ali Baş Komandan nəyə qadir olduğunu, necə bir sərkərdə, siyasətçi,diplomat və xalq rəhbəri olduğunu bir daha təsdiqlədi” — Çingiz Qənizadə

SİYASƏT 26 sen 2021, 10:03
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyanın nüfuzlu "Nasionalnaya oborona" jurnalına müsahibəsi nəinki dünyanın, həmçinin Azərbaycanın siyasi kluarlarında müzakirəyə  səbəb olub

Bu barədə Olaylar.az-a müsahibə verən keçmiş millət vəkili Çingiz Qənizadə bildirib ki,Cənab Prezidentin  "Nasionalnaya oborona" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert, Korotçenkaya verdiyi müsahibə təbii ki, təkcə Azərbaycan gündəliyində deyil, həm də beynəlxalq aləmdə müzakirə mövzusudur. Çünki İqor Korotçenkanın redaktoru olduğu jurnal həm Rusiyada, həm də digər dövlətlərdə mütəmadi izlənilir. Xüsusilə hərbi texnika və digər hərbi siyasi məsələlərdən bəhs edən bu jurnal  daim Rusiya və başqa dövlətlərin maraq dairəsindədir. Cənab prezident bu müsahibəsi zamanı bizim üçün də qaranlıq qalan məqamlara aydınlıq gətirdi. Eyni zamanda 44 günlük müharibə dövründə  döyüş bölgəsində baş verən hadisələr, konkret günlər, əməliyyatlar, Rusiya prezdenti ilə danışıqlar, 9 noyabr kapituliasiya bəyanatının Ermənistan tərəfindən imzalanmasını və digər məsələləri də qeyd etdi.

" Müsahibəyə qədər bizlərin də  bilmədiyi ATƏT-in Minsk qrupunun üzv dövlətləri, digər dövlətlərində kifayət qədər onlara məlum olmayan, bizim qələbəmizi təmin edən müəyyən məqamlar artıq cənab prezidentin dilindən əks olundu. Burada qeyd olundu ki, hər gün əməliyyat planları üzərində işlənilir, toplantılar keçirilir, Müdafiə Nazirliyi və digər Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, əks kəşfiyyat, Daxili qoşunlar və s. bu sahədə ciddi işlər görürdü. Bu planlar əsasında bizim hücumlarımız Ermənistan dövlətinin gözləntilərinin əksinə olaraq, digər istiqamətlərdən hücuma keçmək lazım olduğunu, lazım gələrkən müdaifə qurmaq və Bayraktarla bağlı xeyli açıqlamalar etdi. Bizim havadakı üstünlüklərimiz barəsində də ətraflı şəkildə məlumat verdi. Qeyd edim ki, Cənab Prezident bu müsahibəsində  səmimi insan olduğunu, ədalətli və əxlaqlı siyasətçi olduğunu bir daha sübut etdi. Hətta Ermənistan ordusu bizim üçün nə qədər rəqib və düşmən olsa da , onların da bəzi taktiki, strateji addımlarını və bəzən qaçdıqlarını, digər  hallarda isə  sona qədər dirəniş göstərdiyini dilə gətirməklə, nə qədər ədalətli və obyektiv biri olduğu fikirini formalaşdırdı"

Keçmiş millət vəkili müsahibəbində müzakirə olunan digər mövzulara da toxunub:

"Xüsusilə 44 günlük  azadlıq müharibəsinə başladığımız 27 sentyabr tarixindən etibarən,  ardıcıl olaraq 10 noyabradək  baş verən bütün hərbi, siyasi, taktiki gedişlərimiz Cənab Prezidentimiz tərəfindən xronoloji ardıcıllıqla bu müsahibədə öz əksini tapdı. Eyni zamanda Azərbaycan ordusunun bu müsahibədə gücünü və qüdrətini göstərdi. Azərbaycan hərbiçilərinin qəhrəmanlığını göstərdi. Müsahibədə Cənab Prezident özünü Ali Baş Komandan kimi məsuliyyətli, şərəfli bir vəzifənin öhdəsindən professionallıqla necə gəldiyini əks etdirdi. Çünki o qeyd edirdi ki, "Hər gün mənim rəhbərliyimlə müşavirələr keçirilirdi" 9 Noyabra qədər   noyabrn 8-də Şuşanın azad olunması ilə bağlı qapalı qapılar arxasında baş verən hadisələri, hansı ki, Putinin bizə zəngi, Paşinyanın Putinə xahişi, Putinin o xahişi bizə çatdırması və.s aid edilir. Bu müsahibə vasitəsilə, bizim dostumuz və düşmənlərimizə Azərbaycan ordusunun, Ali Baş Komandanın  nəyə qadir olduğunu, necə bir sərkərdə, siyasətçi, necə bir diplomat və xalq rəhbəri olduğunu bir daha təsdiqlədi. Əslində bu müsahibə Azərbaycanın şanlı qələbəsinə, zəfərinə və azərbaycanın torpaqlarımızın  işğaldan azad olunması istiqamətində atdığı addımlara həsr olunb. Bununla da Azərbaycan dövlətinin Beynəxalq aləmdə nüfuzu bir daha artmış olur.  Onsuzda biz qələbədən sonra Azərbaycan nüfuzunun beynəxalq aləmdə artığının, azərbaycanın və nun prezidentinin söz sahibinı çevrildiyinin şahidi olurduq. Bu müsahibəilı daha xırda detallarla tanış olan, bizi sevən və sevməyən qüvvələr Azərbaycanın nəyə qadir olduğunu onun necə bir sərkərdəsi olduğunu bir daha özləri üçün müəyyən edəcəklər. Son olaraq Cənab Prezidentimiz öz çıxışında əsas məqsədlərimiz barəsində ətraflı məlumat verərək bildirdi ki, Əsas məqsədlərimizdən biri keçmiş qaçqınları və köçkünləri tezliklə öz yurdlarına qaytarmaqdır və bunun üçün geniş miqyaslı bərpa-quruculuq işləri aparılır. Prezidentimizin dediyi kimi , hazırda işlağdan azad olan ərazilərimiz Livana bərabərdir. Bunun üçündə çox güclü bir çəkildə quruculuq işləri aparılır. Quruculuq işləri , ərazilərin minalardan tam təmizlənməsi və abadlaşdırılması başa çatdıqdan sonra, vaxtilə öz yurd-yuvalarından qaçqın düşən vətəndaşlarımız yenidən öz məskənlərinə geri qayıdıb, təhlükəsiz  şəkildə əvvəlki həyatlarına geri dönəcəklər. Bu gün qələbəmizin əsas səbəbkarları Prezidentimiz , Ali Baş Komandanın sərkərdəsi olduğu  güclü ordumuzdur. Azərbaycan bu zəfər savaşında neçə-neçə igidlər verdi. Allah bütün Şəhidlərimizə rəhmət etsin, Qazilərimizə isə tez bir zamanda öz sağlamlıqlarına geri dönməyi arzu edirəm. Onların zəfərimizdəki rolu əvəzsiz və danılmazdır. Bu faktdır ki, Azərbaycan Respublikasının Prezidenti bu gün şəhid ailələri və qazilərin rahat, təhlükəsiz yaşaması, onların rifahı üçün əlindən gələni əsirgəmir. Dövləti həssas təbəqəyə daha ciddi yanaşmaları  yolunda daimi çıxışları əvəzsizdir. Düşünürəm ki , Azərbaycan Respublikası düşmənin gözünü qorxudaraq, istər siyasi məkanda, istərsə də hərbi sahədə öz sözünü dedi. Bu gün xalqımız "Dəmir Yumruq" ətrafında həmrəylik sərgiləyərək qalib ölkə sıralarına yazıldı."

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top