“Prezident seçilsəm, Məhəmməd adını qadağan edəcəyəm” — Qalmaqallı AÇIQLAMA

DÜNYA 25 sen 2021, 21:18
2022-ci ilin aprelində Fransada keçiriləcək prezident seçkilərinə namizəd olmağa hazırlaşan ifrat sağçı Erik Zemmur seçiləcəyi təqdirdə ölkədə Məhəmməd adını qadağan edəcəyi vədi verib.

Demokrat.az xəbər verir ki, namizəd olmaq üçün imza toplamağa başlayan fransız yazıçın namizədliyi hələlik təsdiqlənməyib.

Zemmur çıxışlarında namizəd olub-olmamasından asılı olmayaraq, “Fransa mədəniyyəti və sivilizasiyası”, “qaçqın problemi” və “siyasi İslam” kimi məsələləri gündəmə gətirməyin onun üçün vacib və xoşbəxtlik olduğunu bildirib.

“Prezident seçilsəm, uşaqlara Məhəmməd kimi müsəlman adlarının verilməsini qadağan edəcəyəm”, - yazıçı qatıldığı bir televiziya proqramında bildirib.

Zemmurun açıqlaması sosial şəbəkələrdə kəskin reaksiyalara səbəb olub./Teleqraf

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top