ADB: Bu il Azərbaycan iqtisadiyyatı 2,2 % böyüyəcək

MALİYYƏ 22 sen 2021, 10:14
Asiya İnkişaf Bankı (ADB) bu ilin sonuna Azərbaycanın Ümumi Daxili Məhsulun (ÜDM) artım tempinin əvvəlki proqnoza nisbətən 0,3 faiz bəndi artıraraq 2,2 %-ə çatdırıb.

Demokrat.az xəbər verir ki, bu barədə ADB-nin yenilənmiş “Asiya İnkişaf Baxışı” hesabatında bildirilib.

Sənədə əsasən, gələn il isə Azərbaycanın ÜDM-si 2,5 % (proqnoz dəyişməyib) səviyyəsində reallaşacaq.

Qeyd edək ki, ADB bu ilin sonuna Gürcüstan iqtisadiyyatının 8,5 %, Qazaxıstan iqtisadiyyatının 3,4 % böyüyəcəyini, gələn il isə bu ölkələrin iqtisadi artım tempinin müvafiq olaraq 6,5 % və 3,7 % səviyyəsində olması proqnozlaşdırır.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top