Deputat: "Bu, erməni sevgisi ilə yaşayan molla rejiminə ciddi xəbərdarlıq kimi qiymətləndirilməlidir"

GÜNDƏM 20 sen 2021, 12:11
“Erməni faşizmi üzərində 44 günlük tarixi qələbəmiz saxta Ermənistan “dövlətinə” ağır və sarsıdıcı zərbə vursa da, onun vandal, vəhşi mahiyyətini dünyaya təqdim etsə də, bununla nə dünya erməniliyi, nə yırtıcı Ermənistan, nə də onu himayə edən qüvvələr barışır. Bu qüvvələr ən müxtəlif təxribatlar törədirlər. 30 illik zaman kəsiyində olduğu kimi, yenə də bu hiyləgər, riyakar tayfa Rusiya, ABŞ, Fransa və İran tərəfindən ardıcıl olaraq müdafiə olunur”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib.

Deputat dünya səviyyəsində bir-birini əzməyə çalışan dövlətlərin erməni həmrəyliyi nümayiş etdirdiyini qeyd edib:

“Bu dövlətlər saxta dövlətə maliyyə, silah-sursat, yanacaq və qida ilə yardımlar göstərir, vaxtaşırı səfirlikləri və rəsmiləri vasitəsilə sərsəm bəyanatlar verməkdən çəkinmirlər. 

Dünya erməniliyinə qarşı apardığımız ədalətli və ümumbəşəri mübarizə bitməyib. Bu mübarizə 44 günlük Vətən müharibəsinin başlanmasından sonrakı bir ilə yaxın müddətdə diplomatik və informasiya müstəvisində davam etməkdədir. 

Ermənilər və havadarları əsəblərimizlə, heysiyyətimizlə oynamağa çalışırlar. Onların cavabları həm dövlət səviyyəsində, həm də cəmiyyət səviyyəsində verilir. Möhtərəm cənab Prezident, müzəffər Ali Baş Komandan qibtə ediləcək, lider üçün müstəsna əhəmiyyət kəsb edən səbr, təmkin, məharət, qətiyyət və polad iradə göstərməkdə, naşı oyunçunu küncə sıxışdırmaqda, qələbəni tam olaraq başa çatdırmaqdadır”. 

Deputat bildirib ki, İranın qanunsuz yükləri Qarabağa daşımasına Azərbaycan ən layiqli cavabı verib:

“İranın riyakarlıqla quldur seperatçının tör-töküntülərinə rusiyalı sülhməramlı qüvvələrin fəal dəstəyi ilə müxtəlif təyinatlı yüklərin daşımasına olduqca sadə yanaşma ilə cavab verildi, Qafan-Gorus yolunun Azərbaycandan keçən hissəsinə polis və gömrük postları yerləşdirildi. Rusiyanı, İran və Ermənistanı çıxılmaz vəziyyətə salan bu addım Azərbaycan dövlətinin qətiyyətini bir daha ortaya qoydu.
Daxili İşlər Nazirliyinin milli dövlətiçiliyimizin və ərazi bütövlüyümüzün qorunmasındakı rolu, göstərdiyi müstəsna xidmətlər 44 günlük Vətən müharibəsində göstərdiyi rəşadət bu gün də davam etməkdədir. Nazirliyin yüksək səviyyəli xüsusi təyinatlıları şərəfli xidmətlərini həyata keçirir, seperatçı rejimin avtomobildə əks olunmuş şəklini soyuqqanlılıqla təmizləyərək, ayaq altına atır və bu hərəkəti ilə dövlətçiliyimə sədaqətini nümayiş etdirir. Bununla da, igid hərbçimiz ermənilərə dərin psixoloji sarsıntılar yaşadır. 

Gömrük əməkdaşlarının elitar və prinsipial mövqeyinin İran səfirini Azərbaycan rəsmiləri qarşısında yalvarışlı rəzil vəziyyətə salması erməni sevgisi ilə yaşayan molla rejiminə ciddi xəbərdarlıq kimi qiymətləndirilməlidir. Bu, çox qürurverici andır. Bu şərəfli tarixi bizə yaşadan xilaskar və müzəffər Ali Baş Komandan İlham Əliyev yaratdığı güclü dövlətimizlə başlatdığı və yol xəritəsini cızdığı bütöv və qüdrətli Azərbaycanla dünyanı mahir və müdrik dövlət xadimi kimi heyrətləndirməkdə davam edir”. 

Aygül Qarayeva 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 16:17
Top