55 yaşlı kişi Bakıda itkin düşdü — FOTO

HADİSƏ 18 sen 2021, 11:19
Salyan sakini Bakıda itkin düşüb.

“Report”un Aran bürosunun məlumatına görə, Salyan şəhər sakini, 1966-cı il təvəllüdlü Xudaverdiyev Əbülfəz Qabil oğlu sentyabrın 16-da Bakıya gedib.

Bir gün sonra isə bacısı Ədibə Xudaverdiyeva onunla telefonla danışıb. Bundan sonra Ə.Xudaverdiyevlə əlaqə saxlamaq mümkün olmayıb. İki gündür ondan xəbər olmadığı üçün polis şöbəsinə məlumat verilib.

Qeyd edək ki, fiziki qüsurlu və II qrup əlil olan Ə. Xudaverdiyev I Qarabağ şəhidi Rəhman Xudaverdiyevin qardaşıdır. Bu, onun ikici dəfə itkin düşməsidir.

Onu Bakıda görənlərdən Salyan Rayon Polis Şöbəsinə və 051 768 66 89 əlaqə nömrəsinə zəng vurmaları xahiş olunur.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top