Azərbaycanda “Chevrolet” və ISUZU-nun satışa çıxarılacağı vaxt açıqlandı — QİYMƏTLƏR


SOSİAL 17 sen 2021, 23:49
Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Azərmaş Park” MMC Özbəkistanın “UzAvtoSanoat” Səhmdar Cəmiyyəti ilə birgə layihəsi ilə istehsal olunacaq “Chevrolet” markalı minik avtomobilləri, Yaponiyanın “ISUZU” brendinin avtobus və pikaplar növbəti aydan satışa çıxarılacaq.

Bunu Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Emin Axundov deyib.

O bildirib ki, ölkədə bu avtomobillərin istehsalına başlanılması Azərbaycanda yeni iş yerlərinin yaradılması baxımından da çox vacib məsələdir.

Qiymətlər barədə məlumat verən Emin Axundov qeyd edib ki, minik avtomobillərinin qiyməti 17 000 manatdan başlayacaq, pikapların qiyməti isə 50 000 - 70 000 manat arasında dəyişəcək:

“Avtobuslar isə 70 000 manatdan başlayacaq və 120 000 manata qədər artacaq. Bu avtomobillər daxili bazarda satılmaqla yanaşı Türkiyə və Yaxın Şərq ölkələrinə də ixrac ediləcək. İstehsal həcminin növbəti beş ildə 40 000-ə qədər çatdırılması nəzərdə tutulur”./Oxu.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top